"Real Madrid”in futbolçusu “İnter”in radarında
19.01.2026 - 11:18
İtaliyanın “İnter” klubu yay transfer pəncərəsində “Real Madrid”in gənc futbolçularından biri üçün ciddi addım ata bilər.
Apasport.az xəbər verir ki, söhbət 18 yaşlı hücumameylli yarımmüdafiəçi Franko Mastantuonodan gedir.
“İnter” Frankonu hazırda ən “əlçatan” transfer hədəfi kimi qiymətləndirir.
İtaliya nəhəngi perspektivli futbolçunu heyətə qatmaq üçün əhəmiyyətli maliyyə vəsaiti ayırmağa hazırdır.
Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm bütün turnirlərdə 19 matça çıxıb, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Qalatasaray"la "Yuventus" arasında Osimhen savaşı – 65 milyonluq transfer
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Vernidub: "Məni məyus edən yeganə məqam.." - VİDEO
- Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub
- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
0
0