"Sassuolo" "Milan"ın rekordunu qırıb
06.05.2025 - 08:33
İtaliya B Seriya təmsilçilərindən "Sassuolo" "Milan"ın rekordunu qırıb.
Apasport.az xəbər verir ki, "Sassuolo" “Kremoneze” (1:1) ilə qarşılaşmada 1 qola imza atıb.
Bu, cari mövsümdə komandanın 78-ci qolu olub. Beləliklə, klub "Milan"ın 40 ildən çox davam edən tarixi rekordunu qırıb.
1982/1983 mövsümündə "Milan" B Seriyasında çıxış edib və həmin mövsüm 77 qol vurub.
Qeyd edək ki, İtaliya B Seriya çempionatının bitməsinə 2 tur qalmış "Sassuolo" yüksək liqada yerini təmin edib.
- Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”
- Millimiz Dünya Kubokuna qatılacaq
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- Arif Əsədov: "Araz-Naxçıvan"ın nəticəsi gözlənilməz idi"
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
0
0