Talişka "Fənərbaxça"da qalacaq: Danışıqlar davam edir
02.01.2026 - 13:41
“Fənərbaxça” Anderson Talişkanın müqaviləsinin uzadılması istiqamətində addım atıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Klubun Futbol Şöbəsinə cavabdeh olan Ertan Torunoğulları braziliyalı yarımmüdafiəçi ilə görüşərək yeni müqavilə təklifini təqdim edib.
Görüş zamanı Anderson Talişka “Fənərbaxça”da çox xoşbəxt olduğunu və maaşında endirim edərək komandada qalmaq istədiyini qeyd edib.
Tərəflər arasında danışıqlar davam edir.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- "Fənərbaxça" - "Trabzonspor" matçının hakimi bəlli olub
- Boksçumuz beynəlxalq turnirin qalibi olub
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- Şimanski “Renn”də - Ödəniləcək məbləğ bəlli olub
0
0