"Yuventus" Kenan Yıldıza qiymət qoyub
02.06.2025 - 08:35
"Yuventus" hücumçusu Kənan Yıldızı satmaq fikrində deyil.
Apasport.az xəbər verir ki, Turin klubu müqavilə yeniləmək üçün 20 yaşlı futbolçu ilə danışıqlar aparır.
İnsayder Nikolo Şiranın sözlərinə görə, "qoca sinyora" oyunçunu 80-100 milyon avro dəyərində qiymətləndirir.
Kənan Yıldızla Londonun “Arsenal” və “Çelsi” klubları maraqlanır.
"Transfermarkt" Türkiyə millisinin üzvünü 45 milyon avro olaraq dəyərləndirir. Onun "Yuventus"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
- Arda Turan: "Bəlkə də "Şaxtyor"u məndən daha yaxşı çalışdıra bilərdi”
- Urfan Abbasov: "Sabah bizi ağır oyun gözləyir"
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
0
0