“100-lər klubu”nda yeni futbolçu – Premyer Liqada
25.12.2020 - 11:22
Azərbaycan Premyer Liqasının XIII turu “Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi çempionatda 100-cü oyununu keçirib.
Bu, “Sabah”la ev matçına təsadüf edib. Debütü 2015/16 mövsümündə gerçəkləşən Mütəllimov 100 oyunda 11 qol vurub. O, üç klubun şərəfini qoruyub. Premyer Liqada ilk dəfə “Zirə” forması ilə meydana çıxan futbolçu bu klubda 63 görüşdə 4 qola imza atıb.
“Qəbələ”də 24 matça çıxan Tellur 5 dəfə fərqlənib. Millimizin üzvü “Sumqayıt”dakı 13 matçda 2 dəfə rəqib qapısına yol tapıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0