“200-lər klubu”nda – Bədavi Hüseynov
21.12.2020 - 11:50
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçinin yubileyi XII turun “Qəbələ” ilə matçına (1:1) təsadüf edib.
200-cü görüşünü keçirən arxa xətt oyunçusunun aktivində 4 qol var. Onun Premyer Liqada debütü 2011/12 mövsümünə təsadüf edib. Həmin vaxt “Sumqayıt”ın heyətində şans qazanan Bədavi ölkə çempionatında indiyədək iki klubda forma geyinib.
O, “Sumqayıt”da 26 oyuna çıxıbsa, “Qarabağ”da 174 matçda 4 dəfə fərqlənib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0