“30 illik yaramız sağaldı” – Emil Balayev
10.11.2020 - 22:03
“30 illik yaramız sağaldı” – Emil Balayev

“Bizim üçün əlamətdar gündür - zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

O, sabah Sloveniya ilə Lyublyanadakı “Stejiçe” stadionunda baş tutacaq yoldaşlıq görüşü öncəsi mətbuat konfransına qatılıb. Balayev “Qarabağ”da da komanda yoldaşı olan Şahruddin Məhəmmədəliyevlə sağlam rəqabət içində olduqlarını söyləyib: “Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddinə şans verir. Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımı gözləyib gələcəkdə daha çox imkan əldə etmək istəyirəm”.

Qeyd edək ki, yığmamız Millətlər Liqası çərçivəsində noyabrın 14-də Monteneqro, 17-də isə Lüksemburqla qarşılaşacaq.