“40-ı çıxanlar” – Premyer Liqamızda 
29.12.2020 - 16:03
“40-ı çıxanlar” – Premyer Liqamızda 

Azərbaycan Premyer Liqasının geridə qalan 13 turunda gözlənilən səviyyədə çıxış etməyən kifayət qədər futbolçu olub.

Apasport.az saytı bir gün öncə ən yaxşı simvolik “11-liy”i müəyyənləşdirmişdisə, uğursuzluqların rəmzi komandasını seçmək heç də asan deyil.

Çünki 8 klubun hamısında belələrinə rast gəlmək mümkündür. Zədə səbəbindən ilk yarının böyük hissəsini buraxanları, oynadığı halda mövsümün gedişində komandasından ayrılanları siyahıya salmasaq belə, yenə də uğursuzlardan ibarət heyət olduqca genişdir.

Siyahıda əsasən məşqçilər korpusunun ümid bəslədiyi yerli və əcnəbi, həmçinin əvvəlki mövsümlərdən fərqli olaraq, geriləmə müşahidə olunan oyunçular göstərilib. Hətta aralarında, ümumiyyətlə, meydana çıxmayanlar da var.

Mövsümün uğursuzlarından ibarət 40 futbolçunun adını təqdim edirik. Onların arasından rəmzi “11-liy”i müəyyənləşdirməyi oxucuların sərəncamına buraxırıq.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Rəşad Əzizli (“Zirə”), Mehdi Cənnətov (“Sumqayıt”), Alvaro Villette (“Sabah”);
Müdafiəçilər: Rener Souza, Cabir Əmirli (“Neftçi”), Rahil Məmmədov (“Qarabağ”), Şəhriyar Rəhimov, Ali Sisey, Kərim Diniyev (“Zirə”), Kərəm Sultanov (“Sumqayıt), Sadiq Quliyev, Yusif Nəbiyev (“Qəbələ”), Məqsəd İsayev (“Səbail”), Tural Axundov, Rail Məlikov, Ruslan Əmircanov (“Keşlə”), Məhəmməd Mirzəbəyov (“Sabah”);
Yarımmüdafiəçilər: Bruno Teluşi, Saman Nərimancahan (hər ikisi “Neftçi”), Ruslan Qurbanov, Tural Bayramlı, Rəşad Eyyubov (“Zirə”), Süleyman Əhmədov, Elvin Məmmədov, Cavid İmamverdiyev (“Sumqayıt”), Yaovi Akakpo, Ehtiram Şahverdiyev, Ülvi İsgəndərov (“Qəbələ”), Ruslan Hacıyev (“Səbail”), Şaxruh Qadoyev (“Keşlə”), Elşən Abdullayev, Şakir Seyidov (“Sabah”);
Hücumçular: Prins İbara, Stiven Monroz, Yusuf Laval (“Neftçi”), Xayme Romero (“Qarabağ”), Kayo Rangel (“Zirə”), Mirsayib Abbasov (“Səbail”), Ulise Diallo (“Sabah”).
 

0