“6 oyunun hamısına final gözü ilə baxacağıq” – vitse-prezident
05.03.2020 - 09:31
“6 oyunun hamısına final gözü ilə baxacağıq” – vitse-prezident

"Püşkün nəticəsindən razıyıq, yaxşı qrupa düşmüşük. Birinci yer üçün oynayacağıq".

Apasport.az saytının məlumatına görə, bunu Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris UEFA Millətlər Liqasındakı rəqibləri barədə danışarkən deyib.

C liqasında Azərbaycan, Lüksemburq və Monteneqro ilə birlikdə 1-ci qrupda yer alan kiprlilərin nümayəndəsi hədəflərinin birincilik olduğunu söyləyib: “Qrup birincilərinin pley-off şansı davam edəcək. Sonuncular isə liqanı tərk edəcəklər. Bizim məqsədimiz qrup birinciliyidir. Bunun üçün 6 matçın hamısına final gözü ilə baxacağıq. Assosiasiya komandaya hər cür şərait yaratmağa çalışacaq. Ancaq hər şeyi meydanda futbolçuların mübarizəsi həll edəcək. 

Qeyd edək ki, Azərbaycan millisi qrupda Kiprlə ilk oyununu senytabrın 8-də II turda səfərdə, növbəti görüşünü isə IV tur çərçivəsində oktyabrın 12-də evdə keçirəcək.