“AFFA-dan təklif almışam” - Covanni De Byazi
27.02.2020 - 12:44
“AFFA-dan təklif almışam” - Covanni De Byazi

"AFFA-dan təklif almışam".

Bunu apasport.az saytına Albaniya millisinin sabiq baş məşqçisi Covanni De Byazi deyib.

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan 64 yaşlı italiyalı mütəxəssis AFFA-dan aldığı təklifə münasibət bildirib. Ölkəsində və İspaniyada bir neçə klubu çalışdırmış De Byazi əməkdaşımızla söhbətində təklif aldığını təsdiqləyib.

Onun sözlərinə görə, məsələyə yaxın günlərdə aydınlıq gələcək: "Bəli, AFFA-dan bununla bağlı müraciət almışam. İndidən konkret nəsə demək istəmirəm. Bir müddət sonra hər şey müəyyənləşəcək".

Qeyd edək ki, Covanni De Byazi son iş yeri olan “Alaves” (İspaniya) klubundan 2017-ci ildə ayrılıb.