Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Ağsu” klubu çempionatda çıxışını dayandırıb.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi ikinci dövrədə oynamamaq qərarına gəlib.
Buna danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etməsi səbəb olub. Klub bununla bağlı Peşəkar Futbol Liqasına (PFL) yazılı şəkildə bildirib.
Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan I Divizionundan kənarlaşdırmağı qərara alıb. Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı