"Albasete" ilə birgə təhlükəli zonada - Eddi
03.02.2020 - 08:44
"Albasete" ilə birgə təhlükəli zonada - Eddi

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi "Albasete" La Liqa2-də növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda XXVI turda "Ovyedo"nun qonağı olub.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların mübarizəsindən ev sahibləri qalib ayrılıblar. "Ovyedo"nun 3:1 hesablı qələbə qazandığı matça ehtiyatdan başlayan İsrafilov 62-ci dəqiqədə Con Erikeni əvəzləyib.

Bu nəticədən sonra təhlükəli zonaya - 19-cu yerə düşən "Albasete"nin aktivində 28 xal var.