"Çox vacib 3 xal qazandıq. İlk oyunlarda istədiyimizi meydanda görmək çətindir".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Səbail"lə keçirilən oyundan sonra deyib.
Çempionatın lideri səfərdə baş tutan görüşdə 1:0 hesablı qələbə qazanıb. Qurbanovun qələbə şərhi belə olub: "Futbolçular təmkinli idilər. Yaxşı rəqibə qarşı oynadıq. Bizim üçün asan olmadı. Futbolçularımı təbrik edirəm".
Çalışdırıcı "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potukun transfer ehtimalını da dəyərləndirib. O, türkiyəli futbolçunun keçidinin hələ də gündəmdə olduğunu vurğulayıb: "Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Dünən bir oyunçudan "yox" cavabı aldıq. Görünən odur ki, alınsa Alper Potukun keçidi reallaşacaq, alınmasa heç kimin".
O, yeni transfer Ovusu Kvabenanın kollektivə uyğunlaşmaq problemini istisna etməyib: "Onun komandaya uyğunlaşmaq problemi ola bilər. Fiziki formasını bərpa etmək çətin olmayacaq. İki gün əvvəl yüngül zədə alıb. Ona görə bu gün risk etmədik. Bir az vaxt lazım olacaq".
Qurbanov "Neftçi" ilə növbəti turda keçiriləcək matçı da dəyərləndirib: "Heç kimin qarşısını almaq istəmirik. Yuxarı yerləri tutmaq niyyətindəyik. Qarşıdakı oyuna vaxtımız azdır. “Neftçi” istəklidir. Onlara qarşı oyunlarımız maraqlı olur. Çalışırıq ki, rəqibi daha yaxından təhlil edək. Yeni məşqçi gəlib. Buna görə də ola bilsin, bizim daha çox düşünməyimiz lazım olsun".
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı