Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında baş verənlər AFFA-nın İntizam Komitəsində müzakirə olunub.
Apasport.az saytının məlumatına görə, komitə üç oyunla bağlı qərar verib.
“Marafon” – “Araz” matçı futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən yarımçıq dayandırılıb. Aparılan müzakirələrdən sonra qarşılaşmanın yenidən keçirilməsi məqsədəuyğun sayılıb.
Eyni zamanda, oyunun gedişində qovulma ilə nəticələnən qərarlar – Rashid Gholipour (Marafon, qırmızı vərəqə) və Elşad Quliyev (Marafon, baş məşqçi, qırmızı vərəqə) eləcə də digər intizam sanksiyaları qüvvədə saxlanılıb. Qırmızı vərəqə alanların 1 oyunluq cəzası növbəti təqvim matçına şamil edilib.
“Bakı” – EKOL görüşündə qonaqların yaş limitinə uyğun futzalçısı Babək Abbasov iştirak etməyib. Onun səhhəti ilə bağlı problemi yarandığı nəzərə alınaraq, komandaya ciddi xəbərdarlıq edilib. Komandadan analoji hərəkətə növbəti dəfə yol verməməsi tələb olunub.
Dünən keçirilməli olan “Yasamal” – “Premier” matçında Quba təmsilçisi vaxtında meydana çıxmayıb. Bu səbəbdən əyalət klubuna 0:5 hesablı məğlubiyyət verilib.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA