UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.
Futzal Federasiyasından apasport.az saytına verilən məlumata görə, Yüksək Liqanın IV turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğu üçün futzalçı heyətdən kənarlaşdırılıb.
Onu Tofiq Mikayılov əvəzləyəcək.
Qeyd edək ki, Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.
Təmsilçimiz səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir