Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz “Araz-Naxçıvan” bu gün mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, 6-cı qrupda yer alan Azərbaycan çempionu ilk görüşünə çıxıb.
Joze Alesio da Silvanın yetirmələri yerli “Uraqan”la qarşılaşıb. Ukrayna çempionu önünə ciddi itkilərlə çıxan “Araz-Naxçıvan” matça uğurlu başlanğıc edə bilməyib. Rəqib birinci hissədə iki cavabsız qolla önə keçib. Çempionumuz fasilədən sonra qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, təmsilçimiz turnirə məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda növbəti oyununu sabah Rumıniya klubu “Yunayted Qalati”yə qarşı keçirəcək.
Çempionlar Liqası
Əsas mərhələ, VI qrup
28 oktyabr
20:00. “Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan” - 2:1
Qollar: Nazar Şved, 9:46, Artyom Farenyuk, 15:04 - Ramiz Çovdarov, 29:29
Hakimlər: Josip Barton (Şimali Makedoniya), Dejan Veseliç (Sloveniya), Kristiano Joze Kardoso Santos (Portuqaliya)
İvano–Frankovsk
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir