Futzal üzrə Çempionlar Liqasında əsas mərhələyə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən “Araz-Naxçıvan” bu gün yer aldığı 6-cı qrupda son oyununa çıxıb.
B yolunda mübarizə aparan ölkə çempionumuz son matçında “Liqeni” ilə üz-üzə gəlib. İlk iki turda 3 xal qazanan Joze Alesio da Silvanın yetirmələri üçün kosovolularla görüş formal xarakter daşıyıb. Çünki aktivində 6 xal olan “Uraqan” “Araz-Naxçıvan”la “Liqeni”ni məğlub etdiyindən, şəxsi oyunlardakı üstünlüyə görə, birinci yeri – Elit-raunda vəsiqəni rəsmiləşdirib.
Məhsuldar və gərgin alınan, hətta son saniyələrdə dava-dalaşın düşdüyü matçda "Liqeni"dən 3, "Araz-Naxçıvan"dan isə 1 nəfər qırmızı vərəqə alıb. Görüşdə Azərbaycan çempionu 6 qol vursa da, bu, qələbə üçün yetərli olmayıb. Rəqibi ilə heç-heçə edən "Araz-Naxçıvan" 4 xalla qrupu ikinci pillədə tamamlayıb.
Nəticəsi heç bir önəm kəsb etməyən “Uraqan” – “Yunayted Qalati” görüşü isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki oyunda “Uraqan”a məğlub olub (1:2), “Yunayted Qalati”yə qalib gəlib (5:3).
Çempionlar Liqası, Əsas mərhələ
B yolu, VI qrup, III tur
31 oktyabr
16:00. “Liqeni” (Kosovo) – “Araz-Naxçıvan” - 6:6
Qollar: Şqipeon Brahimi, 12:05, 33:58, Anton Uka, 19:00 (pen.), Arben Şkodra, 25:54, Abril Qarsiya, 35:25, Yulian Diaz, 39:07 - İsa Atayev, 6:18, 24:30, Felipinyo, 9:09, Maneka, 9:41, Ramiz Çovdarov, 11:15, David Qustavo, 22:49
İvano–Frankovsk
|
1 |
Uraqan |
2 |
2 |
0 |
0 |
9-2 |
6 |
|
2 |
Araz-Naxçıvan |
3 |
1 |
1 |
1 |
12-11 |
4 |
|
3 |
Liqeni |
3 |
1 |
1 |
1 |
13-17 |
4 |
|
4 |
Yunayted Qalati |
2 |
0 |
0 |
2 |
7-11 |
0 |
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir