“Oyun gözlədiyimizdən daha çətin alındı. Bəlkə də özümüz çətinləşdirdik. Çünki başlanğıc əla alınmışdı”.
Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın oyunçusu Maneka futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində “Yunayted Qalati” ilə keçirilən oyun haqda danışarkən deyib.
Azfutzal.az-a açıqlama verən əcnəbi futzalçı komandasının 5:3 hesablı qələbəsini dəyərləndirib: “Erkən qollar da vurduq. Ancaq oyunun gedişində bu üstünlüyümüzü bir müddət qoruya bilmədik. Rəqib hesabı bərabərləşdirdi. Birinci hissənin son saniyələrində qol vurmağımız isə işimizə yaradı. İkinci hissədə rəqibi daha çox təzyiq altında saxladıq, onları səhvlər etməyə məcbur etdik. Əlbəttə, “Uraqan”la oyunun yorğunluğu da var idi. Əsas odur ki, qələbə qazandıq, bu oyun üçün qarşımıza qoyulmuş məqsədə nail olduq”.
Maneka qol vurmasına da münasibət bildirib: “Qol vurdum, komandama kömək etdim. Həmin anda lazım olan mövqedə idim və şansımı qaçırmadım. Yenə fərqlənmək üçün imkan yarandı, təəssüf ki, istifadə edə bilmədim”.
Qeyd edək ki, qrupdakı ilk iki turda 3 xal toplayan “Araz-Naxçıvan” son oyununu sabah Kosovo təmsilçisi “Liqeni”yə qarşı keçirəcək.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir