“Arsenal” “Yuventus”dan yarımmüdafiəçi gətirir
14.01.2022 - 00:37
“Arsenal” “Yuventus”dan yarımmüdafiəçi gətirir

“Yuventus”un futbolçusu Artur klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Onun “Arsenal”a keçəcəyi gözlənilir. London təmsilçisi braziliyalını qışda heyətinə qatmağı planlaşdırır.

İtaliya klubu onunla vidalaşmağa tələsmir. Turinlilər Artura əvəzləyici tapmasa, onu buraxmayacaq.

Qeyd edək ki, Artur cari mövsümdə A seriyasında 7 matç keçirib.