Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin Qətərə keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, türk yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu İngiltərənin “Arsenal” klubu futbolçunu Asiyaya buraxmayıb.
Buna “topçular”ın baş məşqçisi Mikel Arteta mane olub. “Transfer pəncərəsi”nin son günündə baş tutmalı olan keçid mütəxəssisin planlarına uyğun olmayıb.
O, qısa müddətdə Özilin mövqeyinə oyunçu tapa bilməyəcəklərindən buna imkan verməyib.
Qeyd edək ki, 2013-cü ildə İspaniya “Real”ından “Arsenal”a keçən yarımmüdafiəçi London klubunda 249 oyun keçirib, 43 qol vurub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı