“Arsenal” avrokuboklardan kənarda qaldı - “Liverpul” və “Çelsi” ÇL-də
23.05.2021 - 20:57
“Arsenal” avrokuboklardan kənarda qaldı - “Liverpul” və “Çelsi” ÇL-də

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son turun bütün oyunları eyni vaxtda keçirilib.

“Mançester Siti” çempionluğu, “Mançester Yunayted” isə ikinciliyi çoxdan rəsmiləşdirdiyindən, Çempionlar Liqasına (ÇL) digər iki vəsiqənin taleyi son turda müəyyənləşib. Bu yerə isə “Liverpul”, “Çelsi” və “Lester” iddia edirdi.

“Kristal Pelas”ı doğma arenasında üstələyən ötənilki çempion “Liverpul” mövsümü üçüncü yerdə tamamlayıb. “Çelsi” “Aston Villa”ya məğlub olmasına baxmayaraq, “qırmızılar”dan sonra 4-cü pillənin sahibi kimi ÇL-də iştirak hüququ əldə edib.

Çünki “Lester” doğma arenasında “Tottenhem”ə yenilib. “Lester”lə “Vest Hem” növbəti mövsüm İngiltərəni Avropa Liqasında təmsil etmək hüququ qazanıbsa, “Tottenhem” Konfrans Liqasında mübarizə aparacaq. 8-ci yeri tutan “Arsenal” isə avrokuboklardan kənarda qalıb.

Mövsümü son pillələrdə bitirən “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” Premyer Liqanı tərk edib.

İngiltərə Premyer Liqası
XXXVIII (sonuncu) tur
23 may
“Arsenal” – “Brayton” – 2:0

Pepe, 49, 60
“Aston Villa” – “Çelsi” – 2:1
Traore, 43, El-Qazi, 52 – Kiluell, 70
“Fulhem” – “Nyukasl” – 0:2
Uillok, 23, Şar, 88
“Lids” – “Vest Bromviç” – 3:1
Rodriqo, 17, Fillips, 42, Bamford, 78 (pen.) – Robson-Kanu, 90 
“Lester” – “Tottenhem” – 2:4
Vardi, 18 (pen.), 52 (pen.) – Keyn, 41, Şmeyxel, 77 (avtoqol), Beyl, 87, 90+6
“Liverpul” – “Kristal Pelas” – 2:0
Mane, 36, 74
“Mançester Siti” – “Everton” – 5:0
De Bruyne, 11, Jezuş, 14, Foden, 53, Aquero, 71, 77
“Şeffild Yunayted” – “Bernli” – 1:0
Makqoldrik, 24
“Vest Hem” – “Sauthempton” – 3:0
Fornals, 30, 33, Rays, 86
“Vulverhempton” – “Mançester Yunayted” – 1:2
Semedo, 39 – Elanqa, 13, Mata, 45+4

1

 Mançester Siti

38

27

5

6

83-32

86

2

 Mançester Yunayted

38

21

11

6

73-44

74

3

 Liverpul

38

20

9

9

68-42

69

4

 Çelsi

38

19

10

9

58-36

67

5

 Lester

38

20

6

12

68-50

66

6

 Vest Hem

38

19

8

11

62-47

65

7

 Tottenhem

38

18

8

12

68-45

62

8

 Arsenal

38

18

7

13

55-39

61

9

 Lids

38

18

5

15

62-54

59

10

 Everton

38

17

8

13

47-48

59

11

 Aston Villa

38

16

7

15

55-46

55

12

 Nyukasl

38

12

9

17

46-62

45

13

 Vulverhempton

38

12

9

17

36-52

45

14

 Kristal Pelas

38

12

8

18

41-66

44

15

 Sauthempton

38

12

7

19

47-68

43

16

 Brayton

38

9

14

15

40-46

41

17

 Bernli

38

10

9

19

33-55

39

18

 Fulhem

38

5

13

20

27-53

28

19

 Vest Bromviç

38

5

11

22

35-76

26

20

 Şeffild Yunayted

38

7

2

29

20-63

23

Bombardirlər: Harri Keyn (“Tottenhem”) – 23 qol, Məhəmməd Salah (“Liverpul”) – 22, Bruno Fernandeş (“Mançester Yunayted”) – 18.