“Arsenal” fransalı müdafiəçi ilə anlaşdı
18.01.2020 - 11:51
Fransanın PSJ klubunun futbolçusu Leyven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi “Arsenal”la anlaşıb.
Razılaşmaya əsasən Kurzava yayda “topçular”a qoşulacaq. O, azad agent statusu ilə London klubunun futbolçusu olacaq.
Fransalı “Arsenal”la 5 illik müqavilə imzalayacaq. Keçidin əsas detallarını razılaşdıran tərəflər bonuslarla bağlı danışıqlar aparır.
Qeyd edək ki, Kurzava bir müddət öncə İtaliya “İnter”inin təklifini imtina ilə cavablandırıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0