“Arsenal” iki hücumçu gətirir
04.05.2022 - 09:39
İngiltərənin “Arsenal” klubu iki hücumçu alacaq.
Apasport.az saytının məlumatına görə, London klubu Çempionlar Liqasına vəsiqə qazansa, bu turnirdə daha güclü ön xəttə malik olmaq istəyir.
Paytaxt təmsilçisinin əsas prioriteti Lautaro Martinesdir. “İnter”in argentinalı hücumçusu transfer siyahısında yeganə ad deyil. “Topçular” “Mançester Siti”dən Qabriel Jezuş və “Everton”dan Dominik Kalvert-Levinlə maraqlanır.
Qeyd edək ki, Lautaro “Tottenhem”lə “Atletiko”nun da maraq dairəsindədir.
0
0