“Arsenal” müdafiəçilərini yola salır
12.01.2022 - 14:39
“Arsenal” qış transfer pəncərəsində iki futbolçu ilə vidalaşacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Sead Kolaşinats və Pablo Mari ilə yollarını ayırmağa hazırlaşır.
Kolaşinats “Marsel”ə transfer olunmağa yaxındır. Mori isə “Udineze” ilə danışıqlar aparır. Onun icarəyə verilməsi gözlənilir.
Qeyd edək ki, cari mövsümdə Kolaşinats 5, Mari 3 matçda meydana çıxıb.
0
0