"Arsenal"dan yeni müdafiəçi transferi
31.01.2020 - 15:28
"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az saytının məlumatına görə, "Sauthempton"un müdafiəçisi Sedrik Suareş "topçular"la anlaşıb.
London təmsilçisi Portuqaliya millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. "Sauthempton" onu 5 milyon avro və əlavə bonuslarla satmağa çalışsa da, "Arsenal" buna razı olmayıb. Nəticədə sağ cinah müdafiəçisi icarəyə götürülüb.
Suareşin "Sauthempton"la müqavilə müddəti yayda bitəcəyi üçün "Arsenal" mövsümün sonunda onunla azad agent kimi müqavilə imzalaya bilər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0