“Arsenal”ın futbolçusu İtaliya klubuna keçdi
20.01.2022 - 15:43
“Arsenal”ın futbolçusu İtaliya klubuna keçdi

“Arsenal”ın müdafiəçisi Pablo Marinin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirəcək.

A seriyası təmsilçisi “Udineze” rəsmi saytı vasitəsilə ispaniyalı mərkəz müdafiəçisini mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Klublar arasında müqavilədə satın alma variantı nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Arsenal”la müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Pablo Mari cari mövsüm 3 oyunda iştirak edib.