“Arsenal”ın sabiq müdafiəçisi Avstraliya klubunda
19.01.2022 - 23:15
İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Karl Cenkinsonun yeni komandası olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını Avstraliyada davam etdirəcək.
29 yaşlı futbolçu “Melburn Siti”yə keçib. Avstraliyalılar Karlı “Nottinhem Forest”dən icarəyə götürüb.
Cenkinson karyerası ərzində “Arsenal” və “Vest Hem”də oynaması ilə tanınıb. Onun Melburn təmsilçisindəki icarə müddəti 6 aylıq nəzərdə tutulub.
0
0