“Atalanta” Avropa çempionunu gətirir – azad agent kimi
21.02.2022 - 23:46
“Atalanta” Avropa çempionunu gətirir – azad agent kimi

“Atalanta” İtaliya millisinin futbolçusu Andrea Belottini transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “Torino” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq forvard yeni klubuna azad agent kimi keçə bilər.

Turinlilər 28 yaşlı forvardla yeni anlaşma barədə razılıq əldə etməkdə çətinlik çəkir. Cari mövsümdə 11 oyuna 3 qol vuran hücumçu çempionatın sonunda klubunu dəyişmək arzusundadır.

2015-ci ildən “Torino”da çıxış edən Belottti “Parma”dan bu kluba keçib. Onun qiyməti 28 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Andrea AVRO-2020-nin çempionudur.