“Atalanta”dan Demiral qərarı
12.03.2022 - 12:29
Türkiyə yığmasının futbolçusu Merih Demiral “Atalanta”ya transfer oluna bilər.
Apasport.az saytının məlumatına görə, Berqamo klubu “Yuventus”dan icarəyə götürdüyü müdafiəçinin keçidini həll etməkdə maraqlıdır.
“Atalanta” 24 yaşlı futbolçunu 28 milyon avroya transfer etmək hüququna malikdir. Lakin klub rəhbərliyi bu rəqəmi aşağı salmaq üçün danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, Demiral ötən ilin avqustunda “Atalanta”ya icarəyə verilib. O, 29 qarşılaşmada 2 qol vurub.
0
0