“Atletiko” “Barselona”dan hücumçu alır
03.05.2022 - 11:54
“Atletiko” “Barselona”dan icarəyə götürdüyü Antuan Qrizmannı almağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, icarə müddəti mövsümün sonunda başa çatacaq hücumçunun transferi ilə bağlı danışıqlara start verilib.
Fransalı forvard 2019-cu ilə qədər “Atletiko”da çıxış edib. 3 il əvvəl “Barselona”ya keçən futbolçunun qiyməti 50 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Antuan mövsümün 35 oyununda 8 qol vurub.
0
0