“Atletiko” Feliksi satmayacaq
12.03.2022 - 22:39
“Atletiko” Feliksi satmayacaq

“Atletiko”nun Joao Felikslə bağlı qərarı məlum olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu portuqaliyalı hücumçunu satmayacaq.

Klub rəhbərliyi 22 yaşlı hücumçunu yay transfer dövründə heyətində saxlayacaq. Futbolçunun agenti Jorje Mendeş onun satışında maraqlı olsa da, “Atletiko” Feliksi saxlamaq istəyir.

Lakin komanda Çempionlar Liqasından kənar qalsa, madridlilər oyunçunu satmağa məcbur ola bilər. Bundan yararlanmağa əsas namizəd isə hücumçunu heyətində görmək istəyən “Barselona”dır.

Qeyd edək ki, portuqaliyalı mövsümün 28 matçında 7 qola imza atıb.