"Atletiko"nun yarımmüdafiəçisi Toma Lemar karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted" 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Fransa millisinin üzvünün meneceri "qırmızı şeytanlar"ın nümayəndələri ilə artıq görüşüb. Mövsümün sonunda heyətini gücləndirməyi düşünən "mankunianlar" 2017-ci ildən maraqlandıqları Lemarı bu il transfer etməkdə israrlıdır. "Atletiko"nun oyun sisteminə uyğunlaşmaqda çətinlik çəkən hücumameyilli oyunçu özü də ayrılmağın tərəfdarıdır.
Qeyd edək ki, Toma Lemarın "Atletiko" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.