"Avrokubokları dayandırın" - UEFA-ya məktub
13.03.2020 - 00:00
"Roma" UEFA-nın İsveçrədəki mənzil-qərargahına məktub göndərib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu qitə futbol qurumundan avrokubokların dayandırılmasını xahiş edib.
Paytaxt təmsilçisi məktubda UEFA-nın koronavirus epidemiyasının yayılması ilə bağlı yaranmış qlobal vəziyyəti nəzərə almasını istəyib.
Qeyd edək ki, "Roma"nın Avropa Liqasının 1/8 final mərhələsində "Sevilya" ilə bu gün keçirilməli olan oyunu təxirə salınıb.
0
0