“Ayaks”dan yenidən “Tottenhem”ə təklif
04.05.2022 - 01:29
“Ayaks”dan yenidən “Tottenhem”ə təklif

“Ayaks” mövsümlərarası fasilədə hücum xəttini gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, Niderland klubu Stiven Berqveyni almaq niyyətindədir.

“Tottenhem” də hücumçusu ilə vidalaşmağa hazırdır. Qışda Berqveyn üçün 18 milyon avroluq təklifinə imtina cavabı alan “Ayaks” yenidən forvardı almağa cəhd edəcək.

Qeyd edək ki, London klubu Berqveyni 2020-ci ilin yanvarında PSV-dən 30 milyona transfer edib.