“Ayaks”ın daha bir futbolçusu “Çelsi” ilə anlaşdı
12.02.2020 - 17:36
“Ayaks”ın daha bir futbolçusunun yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisinin hücumçusu Hakim Zieş yayda İngiltərəyə köçəcək.
26 yaşlı forvard gələn mövsümdən “Çelsi”nin formasını geyinəcək. Klublar arasında ilkin anlaşmana əsasən, bu keçid hollandiyalılara 40 və ya 45 milyon avro qazandıracaq. Zieşi qışda transfer edə bilməyən “zadəganlar” yay fasiləsində istəklərinə çatacaqlar.
Qeyd edək ki, “Ayaks”ın qapıçısı Andre Onana da “Çelsi” ilə ilkin müqavilə bağlayıb.
0
0