
“Rəqabət sistemi belədir, məqsədə çatmaq üçün hansı nəticəni əldə edəcəyini heç vaxt planlaşdıra bilməzsən”.
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının yarımmüdafiəçisi Marko Bakiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
27 yaşlı orta sahə oyunçusu qolsuz bərabərliyi özləri üçün uğur hesab edib. Çünki bu nəticə ilə komanda qrupda 1-ci pilləyə yüksəlib: “Matçın gedişində məşqçi korpusu ilə danışaraq Kiprdəki vəziyyəti öyrəndik, oyunumuzu buna uyğun qurduq. Meydanda nə edəcəyimizi bilirdik. Əsas məsələ 0:0 hesabını qorumaq idi. Qələbəni düşünməyə ehtiyac yox idi. İndi son turda Kipr üzərində qalibiyyətdən başqa yolumuz olmayacaq”.
Qeyd edək ki, Monteneqro – Kipr oyunu noyabrın 17-də keçiriləcək.