“Azərbaycan yığmasını yaxşı komanda hesab edirəm” - Roşen Muskat
23.02.2020 - 12:14
“Azərbaycanla bir neçə dəfə qarşılaşmışıq. Hər zaman maraqlı oyunlarımız olub”.
Bunu apasport.az saytına Malta millisinin futbolçusu Roşen Muskat deyib.
Martda Azərbaycan yığması yoxlama görüşü çərçivəsində Malta ilə üz-üzə gələcək. 29 yaşlı hücumçu martın 30-da millimizə qarşı keçirəcəkləri matç barədə danışıb. O bildirib ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, maraqlı alınacaq: “Azərbaycan yığmasını yaxşı komanda hesab edirəm. Onların heyətində yaxşı oyunçular var. Yoxlama görüşü olsa belə, budəfəki görüşün də maraqlı alınacağını düşünürəm”.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
0
0