
"Klub prezidenti ilə danışmışam. Bildiyim qədərilə bütün borclar ödənilib, məsələ həllini tapıb. Bizi avrokuboklardan kənarlaşdırmağa heç bir səbəb yoxdur".
Apasport.az saytının məlumatına görə, bunu "Ordabası"nın baş məşqçisi Kaxaber Sxadadze deyib.
Qazaxıstan mətbuatına müsahibə verən gürcüstanlı mütəxəssis "Ordabası"daki iki ilini dəyərləndirib. O, vaxtilə Bakının "İnter" klubunda çalışdığı dönəmi də yada salıb: "Altı il Azərbaycanda "İnter"i çalışdırdım. Həmin klubla da hər şeyi qazandım. Hər mövsüm Avropa Liqasında iştirak edirdik. Nəticə varsa, deməli düzgün iş gedir. "Ordabası"ya gələndə isə klub çox çətin günlər keçirirdi. Rəhbərlik komandanı xilas etmək üçün hər şeyi edirdi. Futbolçular isə qəhrəmandırlar. 6-7 ay maaş almasalar da, işlərinə kökləndilər və Avropa Liqasına vəsiqə qazandılar. Ötən mövsüm də məhdud büdcə ilə 3-cü yeri tutaraq, yenidən avrokuboklarda iştirak hüquqi əldə etdik".
Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2015-ci illərdə ölkəmizdə "İnter"i (indiki "Keşlə") çalışdırıb