"Azərbaycanda olmaq futbol oynamaqdan yaxşıdır" - sabiq "Neftçi"li
24.03.2020 - 11:37
"Azərbaycanda olmaq futbol oynamaqdan yaxşıdır" - sabiq "Neftçi"li

"Əgər istəsəydim, evimin yanında olan bir klubda 10 il oynayardım. Şərtlər məni ekzotik ölkələrə apardı. Düşünürəm ki, xaricə çıxmaq həyatımın ən yaxşı qərarı idi".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu İqnasio Errera deyib.

Bu ilin əvvəlində "Palestino"dan Ekvador klubu "Musuk Runa"ya keçən 33 yaşlı yarımmüdafiəçi yerli mətbuata maraqlı müsahibə verib. Çilili oyunçu Avropada topladığı təcrübədən də bəhs edib: "Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım, olduğum yerlərdə insanların sevgisini qazandım. Bunların mənə qazandırdığı mədəniyyət təcrübəsi inanılmazdır. Bu, futbol oynamaqdan və davamlılığı təmin etməkdən yaxşıdır".

Qeyd edək ki, İqnasio Errera 2017-2018-ci illərdə ölkəmizdə "Neftçi"nin formasını geyinib.