"Azərbaycanda özümü evdəki kimi hiss etdim"
24.01.2020 - 20:15
"Azərbaycanda özümü evdəki kimi hiss etdim"

"Komandaya qatılmağıma xoşbəxtəm".

Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in yeni transferi Hendrik Ekşteyn deyib.

Qış fasiləsində "Sabah"la müqaviləyə xitam verən cənubi afrikalı yarımmüdafiəçi Bakının digər təmsilçisi "Səbail"ə üz tutub.

Klubun rəsmi saytına danışan Ekşteynin təəssüratları müsbət olub: "Komanda yoldaşlarım və texniki heyət məni əla qarşıladılar. Həqiqətən də, komandaya fayda vermək üçün buraya gəlmişəm. Azərbaycana qayıtmağıma çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və "Səbail"də debütümü səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Hendrik Ekşteyn "Səbail"lə il yarımlıq müqavilə bağlayıb.