!["Azərbaycanla oyunda bunu görəcəyik" - Matyaj Kek](https://apasport.az/storage/news/2020/november/02/big/1604322734823_s5xXVj7d.jpeg)
“Qrupda liderliyimizi qorumaq üçün noyabrdakı oyunlar həlledici olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek deyib.
Millətlər Liqasının C liqasının 3-cü qrupunda son oyunlarında Kosovo (15 noyabr) və Yunanıstana (18 noyabr) qarşı keçirəcək sloveniyalılar bundan əvvəl ilk olaraq Azərbacayn yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Kek bu gün keçirilən videokonfransda hər üç qarşılaşmanın onlar üçün vacib olacağını söyləyib: “Azərbaycana qarşı keçirəcəyimiz yoldaşlıq görüşü vacibdir. İrəliyə doğru necə bir addım atmaq lazım olduğunu görəcəyik. Qarşımızda üç önəmli oyun var. Futbolçuların klublarda çılğın oyun təqvimi var, bu səbəbdən hər zaman geniş heyətə ehtiyacımız var”.
Qeyd edək ki, Sloveniya – Azərbaycan oyunu noyabrın 11-də Lyublyana şəhərində keçiriləcək.