"Bank hesablarımda yaxşı pullar var" - Ronaldo
18.09.2019 - 09:24
"Bank hesablarımda yaxşı pullar var" - Ronaldo

Kriştianu Ronaldo: “Avtomobillərimin sayı yəqin ki, 17-dir”

“Varidatım həqiqətən də yarım milyarda dollara yaxındır? Düşünürəm ki, bəli. Buna ümid edirəm”.

APA-nın məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo deyib.

34 yaşlı hücumçu varidatı ilə bağlı suallara aydınlıq gətirib. K.Ronaldo maşınlarının sayı barədə də danışıb: “100 faiz əmin deyiləm. Amma deyə bilərəm ki, bank hesablarımda yaxşı pullar var. Avtomobillərimin sayı? Yəqin ki, 17-dir. Daha çox komfortlu “Rolls-Roys”da gəzməyi xoşlayıram. “Buqatti”, “Maklaren” və “Ferrari”nin hərəsindən iki dənədir”.

Qeyd edək ki, K.Ronaldo ötən ilin yayında 117 milyon avro qarşılığında “Real”dan “Yuventus”a keçib.