"Braqa"nın hücumçusu Fransisko Trinkau İspaniyaya köçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı forvard "Barselona"ya keçməyə yaxındır.
Akademiyanın yetirməsi olan Abel Ruizi Portuqaliya klubuna göndərən Kataloniya təmsilçisi əvəzində yayda Trinkaunu heyətinə qatmaq niyyətindədir. Onunla "Yuventus"un maraqlanmasına baxmayaraq, "Braqa" rəhbərliyi gənc forvardı münasibətlərə görə məhz "Barselona"ya satmağı üstün tutur. Portuqaliyalılar bu keçiddən 20 milyon avro qazanmağı planlaşdırırlar.
Qeyd edək ki, Portuqaliyanın gənclər yığmasının formasını geyinən Fransisko Trinkau ölkəsində "yeni Ronaldo" kimi tanınır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı