“Barselona” baş məşqçi postuna gətirmək istədiyi Xavi Ernandeslə danışıqları yekunlaşdırıb.
Apasport.az saytının məlumatına görə, sabiq kapitanın razılığı alınsa da, onun çalışdırdığı “Əl-Sədd”lə hələ ki, anlaşma əldə edilməyib.
Buna səbəb Qətər klubunun 41 yaşlı mütəxəssisin müqaviləsinin ləğvi üçün 1 milyon avroluq təzminat tələb etməsidir. Kataloniyalılar isə bu məbəği ödəmək fikrində deyil. Rəhbərlik Xavinin qətərlilərlə danışıq aparacağını və oradan təmənnasız ayrılacağını gözləyir.
Qeyd edək ki, “Barselona” La Liqanın XI turunda “Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra baş məşqçi Ronald Kumanı istefaya göndərib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir