“Barselona” 38 yaşlı futbolçu ilə yeni müqavilə bağlayır
04.03.2022 - 22:26
“Barselona” 38 yaşlı futbolçu ilə yeni müqavilə bağlayır

“Barselona” müdafiəçisi Dani Alveşlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Braziliya millisinin üzvünü daha bir il komandada saxlayacaq.

38 yaşlı sağ cinah oyunçusunun hazırkı anlaşması mövsümün sonuna qədərdir və müqavilədə müddətin daha bir il uzadılması maddəsi var. La Liqa təmsilçisi də məhz həmin maddəni aktivləşdirmək niyyətindədir.

Həm baş məşqçi Xavi Ernandes sabiq komanda yoldaşının fiziki durumundan məmnundur, həm də futbolçu özü DÇ-2022-də iştirak etmək üçün komandada “Barselona”da qalmaqda maraqlıdır. Bu üzdən Alveşin tezliklə müqavilə müddəti 2023-cü ilin yayına qədər uzadılacaq.
 

0