“Barselona”nın prezidenti Joan Laporta yarımmüdafiəçi Usman Dembelenin komandadakı gələcək taleyindən danışıb.
Apasport.az saytının məlumatına görə, klub rəhbərli fransalı futbolçu ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
O, Dembele ilə yeni müqavilə məsələsində danışıqların bərpa olunduğunu da vurğulayıb: “Mənə dedilər ki, Usman “Barselona”da çox xoşbəxtdir. Onun müqaviləsinin necə olacağını görəcəyik. Bizdə futbolçuların əməkhaqqı sistemi var. Mateu Alemani onunla razılığa gəlməyə çalışır”.
Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.