“Barselona” Levandovski məsələsinə aydınlıq gətirdi
02.05.2022 - 15:14
“Barselona” Levandovski məsələsinə aydınlıq gətirdi

“Barselona” “Bavariya”nın hücumçusu Robert Levandovski ilə heç bir danışıq aparmayıb.

Apasport.az saytının məlumatına görə, bunu kataloniyalıların idman direktoru Mateu Alemani açıqlayıb.

O, polşalı forvardı transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Alemani ulduz futbolçu ilə heç bir təmas olmadığını söyləyib: “Danışıqlardan söhbət gedə bilməz. Mən bu prosesləri müzakirə etməyi xoşlamıram. Deyə biləcəyim yeganə şey odur ki, meneceri və ya Levandovski ilə görüş olmayıb”.

Qeyd edək ki, 2014-cü ildən “Bavariya”da çıxış edən Robert Levandovski gələn ilin yayına qədər olan müqaviləsini yeniləmək istəmədiyindən, mövsümün sonunda komandasını dəyişmək fikrindədir.