İspaniyanın “Barselona” klubu fransalı hücumçusu Antuan Qrizmannı transferə çıxarmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi yay “transfer pəncərəsi”ndə mümkün qədər az vəsait xərcləmək niyyətindədir.
Bu səbəbdən də kataloniyalılar “Bavariya”da icarədə olan Filippe Koutinyo ilə yanaşı, Qrizmannı da satmaq fikrinə düşüb. Barselonalılar ötən yay “Atletiko”dan 120 milyon avroya transfer olunan forvarddan tam razı deyil.
Oyunçunu 100 milyona satmağa razı olan klub rəhbərliyi həm onun üçün ödənilmiş məbləğin bir hissəsini qaytaracaq, həm də maaşından qənaət edəcək.
Qeyd edək ki, Antuan cari mövsüm 26 çempionat oyununda 8 qol vurub.