“Barselona” Rudigerin meneceri ilə görüşdü
01.04.2022 - 00:01
“Barselona” Rudigerin meneceri ilə görüşdü

“Çelsi”dən Andreas Kristensen və “Milan”dan Frank Kessye ilə müqavilə imzalayan “Barselona” daha bir futbolçu ilə danışıq aparır.

Apasport.az saytının “express.co.uk”a istinadən məlumatına görə, söhbət “Çelsi”nin digər müdafiəçisi Antonio Rudigerdən gedir.

Almaniya millisinin üzvünün meneceri Sahr Senesi bu gün İspaniya klubunun rəsmiləri ilə bir oteldə görüşüb. Təxminən 3 saat davam edən söhbət zamanı 29 yaşlı oyunçunun müqaviləsinin detalları müzakirə olunub. Şəkilləri və videogörüntüləri mətbuatda yayılan görüşdə “Barselona”nı idman direktoru Mateu Alemani və idman məsləhətçisi Jordi Kroyff təmsil edib.

Qeyd edək ki, Antonio Rudigerin “Çelsi” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, “Barselona”ya azad agent kimi keçə bilər.