"Barselona" braziliyalı futbolçunu transfer etdi
31.01.2020 - 13:45
"Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandes Avropaya köçüb.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu "Barselona"ya transfer olunub.
Kataloniya klubu gün ərzində braziliyalı oyunçunun keçidini və transfer məbləğini açıqlayacaq. Yeni komandası ilə uzunmüddətli müqavilə bağlayan Fernandes "Valyadolid"ə icarəyə verilib. O, yalnız mövsümün sonunda "Barsa"ya qoşulacaq.
Qeyd edək ki, Mateus Fernandes "Palmeyras"a ötən ilin yanvarında "Botafoqo"dan keçmişdi.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0